Menu

Klub prezidenti və futbolçular tutuldu

08.05.2015, 09:28
Klub prezidenti və futbolçular tutuldu

Gürcüstan Respublikasında futbol zəlzələsi yaşanmaqdadır. Apasport.az saytının məlumatına görə, gürcü polisi aralarında “STU Tiflis” klubunun prezidenti, futbolçular, totalizator şirkətinin rəhbəri də daxil olmaqla 8 nəfəri oyun alqı-satqısında şübhəli bilərək həbs edib.

Ölkənin Daxili İşlər nazirliyindən verilən açıqlamada həbs olunanların Gürcüstan çempionatının bəzi komandaları ilə oyun al-veri üçün razılaşmış olduqları bildirilib.

Gürcüstan Futbol Federasiya isə istintaq müddətində nazirliklə birlikdə hərəkət edəcəklərini qeyd edib.

İstintaq davam etdikcə həbs olunanların sayının artacağı istisna olunmur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol