Menu

Bakı Dəmiryolu Vağzalında relslər də sökülür

08.05.2015, 11:45
Bakı Dəmiryolu Vağzalında relslər də sökülür

Bakı Dəmiryolu Vağzalında aparılan yenidənqurma işləri çərçivəsində dəmir yolu relsləri də bərpa olunacaq.

Hazırda həmin ərazidə torpaq yatağının bərkidilməsi işləri aparılır.

Bu barədə "Report"a “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib.

O bildirib ki, hazırda Bakı-Xırdalan-Sumqayıt sərnişin dəmir yolu xətti də əsaslı təmir olunur. Layihəyə görə, qatar Sumqayıt və Xırdalandan keçəndən sonra Bakıya gəlməlidir: "Bununla əlaqədar Bakı Sərnişin Dəmiryolu Vağzalının da relsləri yenidən bərpa edilir, relslər tədricən sökülür".

Qeyd edək ki, Bakı-Xırdalan-Sumqayıt sahəsində 63 km uzunluğunda dəmir yolunun 32 km hissəsi artıq təmir olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol