Menu

Rusiya Təhlükəsizlik Şurasının katibi Azərbaycana gəlir

08.05.2015, 15:00
Rusiya Təhlükəsizlik Şurasının katibi Azərbaycana gəlir

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev mayın 11-12-də Azərbaycana səfər edəcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə onun mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, N. Patruşev Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və milli təhlükəsizlik naziri Eldar Mahmudovla görüşəcək. Tərəflər regional və beynəlxalq təhlükəsizliyə dair məsələləri müzakirə edəcəklər.

Qonağın Bakıda müharibə veteranları ilə görüşü də nəzərdə tutulub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol