Qətlə yetirilən prodüssserin borclu olduğu bildirilir
Bakının Yasamal rayonunda tanınmış prodüsser qətlə yetirilib.Yasamal rayon Polis İdarəsindən ANS PRESS- ə verilən məlumata görə, hadisə aprel ayının 30-da gecə saatlarında, Zahid Xəlilov küçəsində baş verib.
Həmin küçədə yaşayan 1987-ci il təvəllüdlü Hamlet Elxan oğlu Cahangirovun meyiti tapılıb. Onun meyitinin üzərində 10 yaxın bıçaq zərbələri olub.
Məlumat daxil olan kimi hadisə yerindən araşdırmalar aparılıb. Qətli tördən şəxslər tutulub. Keçirilənə məliyyat zamanı 2 nəfər saxlanıldığı bildirilib.

Hadisə ilə əlqədar müğənni Səidə Sultanla Əlaqə saxladıq. Müğənni ANS PRESS-ə açıqlamasında Hamlet Cahangirovun həqiqətən də onunla bir müdət işlədiyini təsdiqlədi.
“Bəli, mən Hamletlə 8 ay birgə işləmişəm. 2 ay olardı ki, biz əməkdaşlığımızı dayandırmışdıq. Sakit insan idi. Heç kimlə işi olmazdı. Bildiyimə görə, borcu vardı. Borcu olan insanlar onu sıxışdırırdı. Həttə polisə vermişdilər. Çox pis oldum”, - deyə müğənni bildirib.


Şərhlər