Menu

Seçkidə uduzan partiya sədri istefa verdi

08.05.2015, 16:10
Seçkidə uduzan partiya sədri istefa verdi

Britaniya müxalifətinin lideri, Leyboristlər Partiyasının sədri Ed Milibend partiya sədrliyindən istefa verib. Modern.az BBC telekanalına istinadən xəbər verir ki, parlament seçkilərində partiyasının məğlubiyyətini etiraf edən Milibend baş nazir Devid Kemeronu təbrik edib.

Ötən gün keçirilən seçkilərdə Britaniya Nümayəndələr Palatasının 650 kürsüsündən 324-nü qazanan Mühafizəkarlar Partiyası baş nazir Devid Kemeronun başçılığı altında yeni hökumət formalaşdırmaq hüququ əldə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol