Saziş Tzinpin və Putin arasında aparılan danışıqlar çərçivəsində imzalanıb
Rusiya ilə Çin Moskvada iqtisadi əlaqələrin dərinləşdirilməsi barədə müqavilə imzalayıb. ANS PRESS-in məlumatına görə, bu gün imzalanan sənəd Çin Xalq respublikasının sədr Tsi Tzinpin və Rusiya prezidenti Vladimir Putin arasında aparılan danışıqlar çərçivəsində imzalanıb.
Sənəddə "Sberbankın" Çin İnkişaf Bankında 6 milyard yuanlıq kretid xətti açması nəzərdə tutulur.
Rusiya prezidenti Vladimir Putin imza mərasimində Çinin bu gün Rusiyanın strateji və vacib müttəfiqi olduğunu bildirib.
Tsi Tzinpin Moskvaya İkinci Dünya müharibəsində qələbənin 70 illiyi ilə bağlı parada qatılmaq üçün gəlib.
Rusiya qələbə gününü mayın 9-da, Avropa ölkələri isə 8-də qeyd edir. Tərəflər bir sıra qlobal məsələləri də müzakirə ediblər.


Şərhlər