Menu

Rusiyada Qələbə gününə həsr olunmuş miqyaslı tədbirlər keçirilir

09.05.2015, 11:02
Rusiyada Qələbə gününə həsr olunmuş miqyaslı tədbirlər keçirilir

Rusiyada alman faşizmi üzərində Qələbənin 70 illiyi münasibətilə bayram tədbirləri keçirilir, kulminasiyası Moskvada ən böyük tarixi parad olacaq.

Parad Moskva vaxtı ilə saat 10:00-da başlayacaq. Qızıl Meydan üzərindən minlərlə hərbi texnika keçəcək, ilk dəfə bir neçə ən yeni silah növü nümayiş etdiriləcək.

Moskvaya 20 dövlət başçısı, o cümlədən Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan, gəlib, lakin bir çox ölkə başçıları Rusiyanın Ukrayna böhranında roluna görə paradda iştirak etməkdən imtina edib.

Paradda Çin lideri Xi Jinping, Hindistan prezidenti Pranab Mukherjee və BMT Baş Katibi Ban Ki-moon da olacaqlar.

Rusiya Moskva tərəfindən Ukraynanı şərqində özünü müstəqil elan etmiş “Donetsk Xalq Respublikası” və “Luhansk Xalq Respublikası“ qüvvələrini silahlandırdığına dair qərb ölkələrinin ittihamlarını rədd edir. Münaqişə 2014-cü il apreldə başlayandan bəri altı mindən çox insan həlak olub.

Rusiyaya qarşı sanksiyalar tətbiq edildikdən sonra Moskva ilə Pekin arasında daha sıx əlaqələr yaranmasının əlaməti olaraq, Qızıl Meydandan ilk dəfə Çin hərbi kolonnası da keçəcək.

Daha azmiqyaslı paradlar Rusiyanın başqa şəhərlərində və Rusiya tərəfindən təxminən bir il əvvəl ilhaq edilmiş Sevastopol şəhərində və Krımda keçiriləcək.

Həmçinin DXR və LXR silahlı tərəfdarlarının nəzarəti altında olan Donetsk və Luhansk şəhərlərin küçələrindən tanklar kolonnası keçəcək. /BBC

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol