Moskvadakı Qızıl Meydanda Böyük Vətən müharibəsində qələbənin 70 illiyi münasibətilə keçirilən paradda Azərbaycan hərbçiləri də iştirak edir. APA-nın paradı işıqlandıran Moskva müxbirinin verdiyi məlumata görə, mayor Mehdi Muradovun rəhbərlik etdiyi Azərbaycan hərbi bölməsi Qızıl Meydandan keçib.
Rusiya tərəfi paradda iştirak edən Azərbaycan hərbçilərinə Qələbənin 70 illiyinə həsr olunmuş medallar təqdim edib.





Şərhlər