Rusiya anti-Hitler koalisiyası ölkələrinin xalqlarına və müxtəlif ölkələrdə faşizmə qarşı mübarizə aparmış antifaşistlərə minnətdardır. Musavat.com-un məlumatına görə, bu barədə 9 may paradında çıxışı zamanı Rusiya prezidenti Vladimir Putin bildirib.
“Qələbə bizim ölkənin tarixində həmişəlik qəhrəmanlıq zirvəsi kimi qalacaq. Ancaq biz anti-Hitler koalisiyası üzrə müttəfiqlərimizi də xatırlayırıq. Biz qələbəyə verdikləri töhfələrə görə İngiltərə, Fransa, Birləşmiş Ştatların xalqlarına minnətdarıq” – deyib Putin.
Putin həmçinin, müxtəlif ölkələrdə, o cümlədən Almaniyanın özündə gizli şəkildə, partizan dəstələri formasında mübarizə aparmış antifaşist qüvvələrinə minnətdarlıq edib.


Şərhlər