Menu

Riqada Dağlıq Qarabağ münaqişəsi müzakirə ediləcək

10.05.2015, 15:44
Riqada Dağlıq Qarabağ münaqişəsi müzakirə ediləcək

Azərbaycan və Ermənistan tərəfi 21-22 may tarixlərində Latviyanın paytaxtı Riqada baş tutacaq “Şərq Tərəfdaşlığı” sammiti çərçivəsində Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək.

APA-nın RİA “Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Avropa İttifaqının (Aİ) adının çəkilməsini istəməyən nümayəndəsi bildirib.

“Sammit çərçivəsində ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ABŞ, Fransa və Rusiya ya Azərbaycan və Ermənistan prezidentlərinin, ya da iki ölkənin xarici işlər nazirlərinin görüşünü təşkil edəcək”, - deyə Aİ rəsmisi qeyd edib.

O bildirib ki, münaqişənin həllinə qədər ATƏT-in Minsk Qrupunun formatı dəyişməyəcək.

“Biz amerikanlı, rus və fransız həmkarlarımızın münaqişənin həllinə dair səylərinə inanırıq. Təəssüf ki, bu, çox çətin prosesdir”, - deyə Aİ nümayəndəsi vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol