Menu

Tahir Salahov mükafat aldı

10.05.2015, 20:53
Tahir Salahov mükafat aldı

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev məşhur rəssam Tahir Salahova Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatının verilməsi haqqında sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, sənəddə deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlərinə və dünya təsviri sənət xəzinəsinə layiqli töhfələrinə görə Tahir Teymur oğlu Salahova Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı verilsin".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol