Menu

12 iyun qeyri-iş günü elan olunacaq

11.05.2015, 11:48
12 iyun qeyri-iş günü elan olunacaq

Bu il Azərbaycanda keçiriləcək I Avropa Oyunlarının açılışı gününün - 12 iyunun qeyri-iş günü elan edilməsi təklif olunur.

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Azərbaycan prezidenti tərəfindən parlamentə layihə daxil olub.

Layihəyə əsasən, yalnız bir dəfə - 2015-ci il iyunun 12-i Azərbaycanda qeyri-iş günü elan olunması təklif olunur.

Qərar layihəsi parlamentin mayın 15-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, iyunun 12-də Bakı 2015 Avropa Oyunlarının açılış mərasimi olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol