Avro Bölgəsi maliyyə nazirləri bu gün Belçikada bir araya gəlir.
Gündəlikdə Avro Bölgəsi iqtisadiyyatının vəziyyəti və Yunanıstanın borc böhranı var.
Toplantıda Yunanıstan məsələsində bir anlaşma gözlənilmir.
Yunan hökuməti görüşdən, Yunanıstan ilə kreditorları arasında müzakirələrdə əldə olunan irəliləməyə dair və Yunanıstanın nağd sıxıntısını yüngülləşdirmək yolunu açan bir bəyanat çıxacağından ümid edir.
Reuters-ə danışan bir Yunan hökumət nümayəndəsi Afinanın bu gün müzakirələrdə irəliləmə əldə ediləcəyinə ümid etdiyini ifadə edib. /"marja"

Şərhlər