İspaniyada test uçuşu həyata keçirən "Airbus A400M” tipli nəqliyyat təyyarəsinin qəzaya uğramağından sonra bu təyyarələrin Türkiyə səmasında uçuşu qadağan edilib. SalamNews-un “Hürriyet”ə istinadla verdiyi xəbərə görə, müvafiq qərar Türkiyə Hərbi-Hava Qüvvələrinin komandanı, ordu generalı Akın Öztürkün göstərişi ilə qəbul edilib.
Qərara əsasən, A400M tipli iki təyyarənin uçuşları bir müddətlik dayandırılıb.
Xatırladaq ki, sözügedən hərbi təyyarə mayın 9-da Sevilyada qəzaya uğrayıb. Həmin qəzada dörd nəfər həyatını itirib.


Şərhlər