Menu

"İŞİD"ə ağır zərbə vuruldu

11.05.2015, 14:00
"İŞİD"ə ağır zərbə vuruldu

"İslam Dövləti" terror qruplaşması İraq ordusu ilə döyüşdə böyük itkilər verib. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, ölkənin şimalındakı Əcil neft yatağına edilən hücum zamanı 73 "işidçi" məhv edilib. Onlar arasında xarici ölkə vətəndaşlarının da olduğu bildirilir. İraq ordusu isə neft yatağı uğrunda döyüşdə 3 hərbçisini itirib. Döyüşdən sonra İraq ordusu irəliləməkdə davam edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol