"L’Oreal" kosmetika şirkəti ABŞ-ın "Organovo" şirkəti ilə yeni kosmetika araşdırması və sınağı üçün 3D çaplı insan dərisinin hazırlanması üzrə tərəfdaşlıq barədə elan edib.
"Gartner" analitikləri proqnozlaşdırırlar ki, əsasən bu yaxınlarda inkişaf etməyə başlayan bioçap texnologiyası 2016-cı ilədək insan orqanlarının 3D çapı üçün səhiyyədə geniş tətbiq ediləcək.
İxtiranı "L’Oreal" şirkəti maliyyələşdirəcək və təsdiqləyəcək. Əgər laborator şəraitdə yaradılan insan toxuması sifarişçini qane etsə, o zaman "Organovo" məhsula eksklüziv hüquq alacaq.
"Organovo" şəxsi 3D bioçap texnologiyasından istifadə etməklə, canlı insan toxuması hazırlayır. Çap edilən hüceyrələrin köməyi ilə insan orqanlarını becərmək mümkündür.


Şərhlər