Ukraynanın şərqində separatçılar Rusiyanın köməyi ilə yeni hücuma hazırdırlar. Musavat.com-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə Brüsseldəki mətbuat konfransında NATO baş katibi Yens Stoltenberq bəyan edib.
“Kiyevin düşmənləri artıq xeyli sayda müxtəlif hərbi texnika toplayıblar. Ölkənin şərqində Rusiya və separatçılar çox qısa zamanda hərbi əməliyyatlara başlamaq imkanına malikdirlər. Onların buna imkanları var. Ancaq hansı məqsədlər güdürlər – bunu şərh eləməzdim” – deyib alyans başçısı.
Onun sözlərinə görə, Rusiya həm Ukrayna ilə sərhəddə, həm də Donbasım özündə böyük sayda tanklar və hava hücumundan müdafiə vasitələri cəmləşdirib.
Az öncə Stoltenberq Moskvanı Minsk anlaşmasını pozmaqda ittiham eləmişdi.


Şərhlər