Menu

Ordumuz böyük təlimə başlayır

12.05.2015, 11:20
Ordumuz böyük təlimə başlayır

Azərbaycan-Türkiyə birgə taktiki təlimləri başlayıb.Müdafiə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən mayın 12-dən Bakıda və Naxçıvanda iki ölkənin Silahlı Qüvvələrinin qoşun növlərinin cəlb olunması ilə birgə taktiki təlimlər başlayıb.

Təlimlərin Naxçıvanda keçirilən mərhələlərindən biri Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyə Respublikasının 3-cü ordu komandanı ordu generalı Ümit Dündarın ümumi nəzarət və müşahidəsi ilə həyata keçiriləcək.

Təlimlər mayın 16-dək davam edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol