Menu

Ağ Ev bin Laden əməliyyatına dair yazılanları rədd edir

12.05.2015, 11:45
Ağ Ev bin Laden əməliyyatına dair yazılanları rədd edir

Mayın 11-də Ağ Ev 2011-ci ildə Osama bin Ladenin necə öldürülməsi barədə Obama administrasiyasının yalan danışdığını iddia edən məlumatları rədd edib. Jurnalist Seymur Herşın mayın 10-da London Review of Books-da dərc olunmuş yazısı “qeyri-dəqiqlik və əsassız fərziyyələrlə” doludur, Ağ Evin Milli Təhlükəsizlik sözçüsü Ned Price deyib.

Hersh yazıb ki, bin Laden-i öldürmək üçün administrasiya Pakistan kəşfiyyat rəsmiləri ilə gizlicə əməkdaşlıq edib, Pakistanın ordu və kəşfiyyat rəsmilərinin missiyadan xəbəri olub.

“Osama bin Lade-in öldürülməsi əməliyyatının birtərəfli ABŞ missiyası olmadığını demək saxta iddiadır,” Prays deyib. “O vaxt da dediyimiz kimi, bu əməliyyat barədə informasiya məhdud çevrədə ABŞ rəsmilərinə bəlli idi. Prezident Pakistan da daxil olmaqla, başqa hökumətə informasiya verməmək qərarına gəlib. Reyd baş verənədək heç bir tərəfə xəbər verilməyib. Biz al-Qaeda-nı dağıtmaq işində Pakistanla tərəfdaş olaraq qalırıq, ancaq həmin missiya yalnız və yalnız ABŞ əməliyyatı idi” ("Azadlıq" radiosu).

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol