Türkiyə Liviyaya nota verib. Medianews.az-ın məlumatına görə, dünən Liviya sahillərində türk gəmisinin hücuma məruz qalmasından sonra Türkiyə XİN Liviyanın Ankaradakı səfirliyinə nota göndərib. Bu barədə xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib.
Nazir deyib: “Biz diplomatik addım atdıq. Ankaradakı səfirliyə və İstanbuldakı konsulluğa həm sərt reaksiyamızı, həm də notamızı çatdırdıq”.
Qeyd edək ki, dünən Türkiyənin yük gəmisi dünən Liviya sahilində hücuma məruz qalıb. Hücum nəticəsində üçüncü kapitan ölüb.


Şərhlər