Dünya Ana Dili Günü ərəfəsində Tehranda həbs edilən milli fəal Əli Rzayi azad edilib.
O, bu ilin fevral ayının 4-də Tehranda həbs edilərək 3 aydan artıq Evin həbsxanasında saxlandıqdan sonra mayın 10-da 150 milyon tümənlik zəmanət qarşılığında müvəqqəti olaraq azad edilib.
Qeyd edək ki, əslən Qərbi Azərbaycan vilayətindən olan milli fəal Tehran İnqilab Məhkəməsində “milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşma və sözləşmə” ittihamı ilə mühakimə edilmişdi. Bu ittihamla Əli Rzayi Dünya Ana Dili Günü ərəfəsində Tehranın Mehrabad hava limanında İranın Bəndər Abbas şəhərinə gedərkən Ettelaat məmurları tərəfindən nəzarət altına alınmışdı.


Şərhlər