Menu

Neft xeyli ucuzlaşdı

12.05.2015, 15:46
Neft xeyli ucuzlaşdı

“AzəriLayt” markalı neftin bir barrelinin qiyməti London birjasında 1,99 dollar azalaraq 65,19 dollar təşkil edib.ANS PRESS-in məlumatına görə, bu barədə Dövlət Neft Şirkətinin marketinq və iqtisadi əməliyyatlar idarəsindən bildirilib.

Dünya birjalarında isə neftin qiyməti ucuzlaşmaqda davam edib. Belə ki, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,14 dollar azalaraq 59,25 dollar, Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında isə “Brent” markalı neftin bir barrelinin qiyməti 0,48 dollar ucuzlaşaraq 64,91 dollar olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol