Menu

Nepalda daha bir güclü zəlzələ - Ölənlər və yaralılar var

12.05.2015, 16:37
Nepalda daha bir güclü zəlzələ - Ölənlər və yaralılar var

Nepalın şərqində güclü zəlzələ baş verib. Azı 16 adam həlak olub, 846 adam xəsarət alıb, Nepalın informasiya naziri bildirir.

Bundan iki həftə əvvəl baş vermiş dağıdıcı zəlzələ nəticəsində 8 minədək insan halak olmuşdu.

Son zəlzələ Everest dağının həndəvərindəki Namçe Bazar şəhəri yaxınlığında baş verib.

ABŞ Geoloji Xidmətinin məlumatına görə zəlzələnin gücü 7,4 bal olub. Aprelin 25-də episentri qərbi Nepalda olan zəlzələnin gücü 7,8 bal idi.

Son silkələnmə Hindistan və Banqladeşin paytaxt şəhərləri Delhi və Dəkkədə hiss olunub.

Zəlzələlə həmçinin Nepalın paytaxtı, dağıntıya məruz qalmış Kətmənduda da hiss edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol