İran Parlamentinin din xadimi olan deputatları ayətullah Nimrin edam hökmünün icra edilməsi ilə bağlı Səudiyyə Ərəbistanı hökumətinə xəbərdarlıq ediblər.
SalamNews-un "TasnimNews"a istinadla verdiyi xəbərə görə, iranlı parlamentarilər verdikləri bəyanatda rəsmi ər-Riyadın bu addımını "bidət" adlandırıblar.
Onlar digər islam ölkələrinin alimlərini bu hökmə etiraz etməyə səsləyiblər.
Bildirək ki, bundan əvvəl Səudiyyə Ərəbistanındakı qeyri-rəsmi mənbələr ayətullah Nimrin mayın 14-də edam ediləcəyi barədə xəbər yayıblar.


Şərhlər