İraq informasiya mənbələri İraq türkmənlərinin kompakt yaşadıqları Kərkük şəhər universitetinin türkman rektorunun kürdlərə bağlı silahlı qrup tərəfindən zorla istefaya göndərildiyini yazır.
Bu addımın Kərkük türkmənləri arasında ciddi gərginliyə səbəb olduğu deyilir. İraq mənbələri İraq Türkman Cəbhəsinin (İTC) lideri, İraq parlamentinin deputatı Erşad Salihə isnadən Kərkükdə təhlükəsizliyin çox kritik olduğunu bəyan edir. E.Salih kürd siyasi partiyalarının şəhərdəki etnik qruplara hücumları davam etdiyi halda bəzi siyasi qruplarla birgə İraq Baş naziri Əl-Abadidən Kərkükə hərbi güc göndərməsinin tələb olunacağını nəzərə çatdırır.
E.Salihi onu da bildirib ki, Kərkük polisi kürd silahlı birləşmələrinə qarşı durmaqda aciz olduqlarını etiraf edib. /"Turan"


Şərhlər