Menu

Rauf Mirqədirovun həbs müddəti uzadıldı

12.05.2015, 17:02
Rauf Mirqədirovun həbs müddəti uzadıldı

Mayın 12-də Bakı Apellyasiya Məhkəməsi Rauf Mirqədirovun daha 4 ay həbsdə qalması ilə bağlı Nəsimi rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Rauf Mirqədirovun vəkili Fuad Ağayevin Azadlıq Radiosuna verdiyi məlumata görə, jurnalistin həbs müddəti sentyabrın 19-na kimi uzadılıb və Bakı Apellyasiya Məhkəməsi də aşağı instansiyanın qərarını dəyişməyib.

Rauf Mirqədirov 2014-cü il aprelin 19-da Türkiyədən Azərbaycana deportasiya edilib və dərhal da həbs olunub.

O, Ermənistanın xeyrinə casusluq etmək, dövlətə xəyanətdə ittiham olunur.

Jurnalist ittihamı rədd edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol