Menu

Prezident Administrasiyasından İlyas İsmayılova da dəvət gəlib

12.05.2015, 20:31
Prezident Administrasiyasından İlyas İsmayılova da dəvət gəlib

Mayın 15-də keçiriləcək iqtidar və müxalifət partiyalarının növbəti görüşündə Ədalət Partiyası da iştirak edəcək. Prezident Administrasiyasından Ədalət Partiyasına müvafiq dəvət gəlib.

Ədalət Partiyasının sədri, Milli Məclisin deputatı İlyas İsmayılov Strateq.az-a açıqlamasında məlumatı təsdiqləyib. Onun sözlərinə görə, Ədalət Partiyası görüşə qatılacaq və müzakirələrdə iştirak edəcək.

Qeyd edək ki, əvvəlki iki görüşə Ədalət Partiyası dəvət olunmamışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol