Menu

Bakı-Sumqayıt yolunda dəhşətli tıxac

13.05.2015, 11:34
Bakı-Sumqayıt yolunda dəhşətli tıxac

Bu gecə saatlarında “Xırdalan dairəsi” ərazisində yol bağlanıb. ANS PRESS-in məlumatına görə bu səbəbdən Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb.Məsələnin nə yerdə olduğunu öyrənmək üçün Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli ilə əlaqə saxladıq.

A.Nəcəfli ANS PRESS-in sorğusuna cavab olaraq bildirdi ki, həmin ərazidə yolun təmir və bərpa işləri aparıldığı üçün bağlanıb.

"Həmin ərazidə, körpünün üstündə asfalt-beton örtüyü dağılmışdı. Bu səbəbdən də gecədən başlayaraq, yolu asfaltlayırlar. İşlər yekunlaşan kimi yol açılacaq. Hələlik sürücülər körpünün altı ilə hərəkət edə bilərlər".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol