Menu

Qubad İbadoğlunun rəhbəri olduğu QHT-nin ofisində axtarış

13.05.2015, 15:46

qubadBu gün Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinin əməkdaşları İqtisadi Tədqiqatlar Mərkəzinin ofisində axtarış axtarıb.

Bu barədə iqtisadçı Qubad İbadoğlu məlumat verib.

O qeyd edib ki, 3 saatadək davam edən axtarışdan sonra mərkəzin və ictimai birliklərin mədən sənayesində şəffaflığın artırılması koalisiyasının, Milli Büdcə Qrupunun bütün kompüterlərini və maliyyə-mühasibat sənədlərini müsadirə edərək aparıblar:

“Bu onu göstərir ki, ötən ilin aprel ayından bir qrup QHT-nin əleyhinə aparılan istintaqdan 1 il keçməsinə baxmayaraq, hələ də yekunlaşmayıb, vətəndaş cəmiyyətinə təzyiqlərin yeni mərhələsi başlayıb”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol