Menu

Əli Kərimli iqtidar-müxalifət görüşünə getməyəcək

13.05.2015, 17:19
Əli Kərimli iqtidar-müxalifət görüşünə getməyəcək

Milli Şura mayın 16-da mitinq keçirməyəcək. Bunu Modern.az-a AXCP sədrinin müavini, Milli Şura üzvü Fuad Qəhrəmanlı deyib.

Onun sözlərinə görə, bu gün Koordinasiya Şurasının iclasında qərara alınıb ki, mayın 16-da mitinq keçirilməsin: “Növbəti dəfə mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunacaq. Amma hələlik vaxtı müəyyənləşməyib”.

Fuad Qəhrəmanlı onu da qeyd edib ki, Azərbaycan Xalq Cəbhəsi Partiyası iqtidar-müxalifət görüşəndə iştirak etməyəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol