Menu

Nazirliyin mətbuat katibi işdən çıxarıldı

14.05.2015, 11:42
Nazirliyin mətbuat katibi işdən çıxarıldı

Azərbaycanın Energetika Nazirliyinin mətbuat katibi Azər Mənsimli tutduğu vəzifədən azad olunub.

A. Mənsimli “APA-Economics”ə bildirib ki, bundan sonra o özünü biznes sahəsində sınamağa çalışacaq.

“Bilirsiniz ki, 10 ilə yaxın Energetika Nazirliyinin mətbuat katibi kimi çalışmışam. Bu gündən öz xahişimlə bu vəzifədən azad olundum. Özümü biznesdə sınamağa çalışacağam”, - deyə o qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol