Menu

Bakıda qorxulu yanğının qarşısı alındı

14.05.2015, 11:55
Bakıda qorxulu yanğının qarşısı alındı

Sabunçu qəsəbəsində dəmiryolunun kənarında, mazut qarışıq məişət tullantılarının atıldığı ərazinin 100 kv.m sahəsində yanğın olub.

Virtualaz.org Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, yanğın güclü olduğundan dəmiryoluna və yaxınlıqdakı yaşayış evlərinə keçmək təhlükəsi olub.

Məlumat daxil olan kimi hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

Yanğınsöndürənlərin səyi nəticəsində baş verə bilcək böyük yanğının qarşısı alınıb. Alov söndürülüb.

Faktla bağlı araşdırmalar aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol