Menu

Türkiyə Rusiyanı ittiham etdi

14.05.2015, 18:55
Türkiyə Rusiyanı ittiham etdi

Türkiyənin qeyri-rəsmi nümayəndə heyəti insan haqlarının vəziyyətini öyrənmək üçün səfər etdiyi Krımdan qayıdıb. Musavat.com-un xarici qaynaqlara istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NATO XİN başçılarının Antalya sammitinin yekunlarına dair bu gün keçirilən mətbuat konfransında bildirib.

“Bizim qeyri-rəsmi nümayəndə heyətimiz qayıdıb. O, iki qrupdan ibarət olub. Bir qrup Krımın hazırkı, de-fakto rəhbərliyi ilə görüşüb. İkincisi isə əhaliyə qarışaraq camaat arasında situasiyanı araşdırıb. Öz təəssüratları haqda onlar qısa şəkildə bizə danışdılar. Hesabatı sonra açıqlayacağıq”, - deyə nazir qeyd edib.

“Bu dəqiqə üçün qısaca söyləsəm, təəssüflə deməliyəm ki, Krımda insan haqlarının pozulması davam edir. Ələlxüsus da Krım tatarlarına təzyiqlər davam edir” - deyə Türkiyə XİN başçısı əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol