Menu

Əhali 4 aya 12 milyarddan çox pul qazanıb – Hər vətəndaşa 333 manat düşüb...

15.05.2015, 12:19
Əhali 4 aya 12 milyarddan çox pul qazanıb – Hər vətəndaşa 333 manat düşüb...

2015-ci ilin yanvar-aprel aylarında əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,7% artaraq 12,6 milyard manata çatıb, onun hər nəfərə düşən həcmi 1333,0 manat və ya ayda orta hesabla 333,3 manat təşkil edib. Oxu.az Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir ki, əhalinin hər nəfərinə düşən gəlirlərin artım sürəti istehlak qiymətlərinin bahalaşmasını 1,3 faiz bəndi üstələyərək 4,4% olub.

Bu dövr ərzində gəlirlərin 74,4%-i son istehlaka, 9,8%-i vergilər, sosial sığorta və üzvlük haqlarının, 13,7%-i isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib.

Əhalinin sərəncamında qalan gəlir 11,4 milyard manat təşkil edərək əvvəlki ildəkinə nisbətən 5,6% artıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol