Menu

Prokuror evinin qarşısında öldürülüb

15.05.2015, 15:13
Prokuror evinin qarşısında öldürülüb

Əfqanıstanda baş prokuror evinin qarşısında öldürülüb.

Najibullah Sultanzoi mayın 14-ü gecə satlarında qapını açarkən naməlum adamlar tərəfindən güllələnib.

Qətlə görə cavabdehliyi Taliban üzərinə götürüb.

Sultanzoi Pakistanla sərhəddə yerləşən Paktia əyalətinin baş prokuroru idi.

Son vaxtlar Əfqanıstanda prokurorluq əməkdaşlarına hücumların artdığı müşahidə olunur.

Təkcə bu ay prokurorluq əməkdaşlarını işə aparıb-gətirən avtobusa 3 dəfə hücum edilib ("Azadlıq" radiosu).

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol