Bir oğlu Qarabağ müharibəsi şəhidi, digər oğlu Qarabağ müharibəsi veteranı olan Məmmədova Firəngiz Mayıl qızı Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova şikayət məktubu ünvanlayıb. Nizami rayonu 8-ci km qəsəbəsi, Şərifli kuc 2514-cu məhəllə-37 ünvanında yaşayan şəhid anasının səlahiyyətli numayəndəsi Q.M. Mustafayev tərəfindən surəti "AzPolitika.info"ya təqdim olunan məktubda bildirilir:
"Hörmətli Fuad müəllim !
Mən şəhid anasıyam! Oğlum Şahin Akif oğlu Məmmədov Qarabağ müharibəsində iştirak edib, 1992-ci il noyabrın 3-də Dağlıq Qarabağ ərazisində Çıldıran uğrunda döyüşdə qəhrəmanlıqla həlak olub. Bakıda Şəhidlər Xiyabanında dəfn olunub! Böyuk oğlum isə QARABAĞ MÜHARİBƏSİ VETERANIDIR.
Həyat yoldaşım Akif Məmmədov ağır həyat şəraitindən - ailəmizə təzyiqlərdən və uzun surən xəstəlikdən sonra 2012-ci ildə vəfat edib. Ailəmiz xəstənin müalicəsi və problemlərini həll etmək üçün 2012-ci ilə qədər yaşadığımiz Bakı şəhəri, Nizami rayonu, S.Şərifli küçəsi bina 82, mənzil 24 ünvanındakı mənzili satdı.
Bundan sonra ailəmiz 1975-ci ildən istifadə etdiyimiz Nizami rayonu, Yavər Əliyev küçəsində yerləşən həyətyanı sahədə, qonşuların verdiyi vaqonda yaşamağa başladı. Bir qrup adam 2 il əvvəl bu torpaq sahəmizi şəhid ailəsinin əlindən almaq üçün işə başlayıblar. Valeh, Alim kimi özlərini təqdim edən bu adamlar deyirlər ki, torpağı almasalar əl çəkməyəcəklər (Şikayətçi iddia edir ki, həmin şəxslər özlərini yüksək vəzifəli məmurun qohumları kimi təqdim edirlər - red.)."
Şəhid anası yazır ki, o adamların ucbatından 12 nəfər ailə üzvu çətin şəraitdə yaşayır. Övladları şəraitsiz evlərdə kirayədə qalır, özü isə neçə ildir səfil həyatı yaşayır - qonşuların mal tövləsində gecələyir.
"Ailəmiz həmin torpaq sahəsindən 40 il istifadə edib. 2006-cı ildə torpağa mülkiyyət hüququnu təsdiq etmək üçün Nizami rayon İcra Hakimiyyətinə müraciət etdik. Rayon İcra Hakimiyyətindən müsbət cavab aldıq. Lakin torpağın sənədləşdirilməsində aidiyyəti orqanlar bizi süründurməçiliyə saldılar.
Ailəmizin bu cıxılmaz vəziyyətindən istifadə edən bir qrup adam imkansızlığımızdan və etibarımızdan sui-istifadə edib, bizi tora saldılar!
Mən şəhid anası kimi bu gün bir qurup dələduzun hücumuna məruz qalmışam. Valeh və Alim deyilən şəxslər ailəmi zorla həmin ərazidən çıxarmağa çalışırlar. İş o yerə çatıb ki, 2015-ci il aperl ayının 9-da gecə saatlarında dörd kişi həmin əraziyə hücum etdilər. Onlar mənə fiziki zor tətbiq edərək - qollarımı arxadan möhkəm sıxaraq, hərəkət etməyə imkan vermədilər, bütün əşyalarımı maşına yığıb naməlum istiqamətində apardılar.
Mən dolanmaq ucun mərasimlərdə yemək bişirməklə cörək pulu qazanırdim. Həmin dələduzlar bu məqsədlə istifadə etdiyim qazanları da maşına yukləyib oğurladılar. Yalvarışlarıma baxmayaraq, qazanlarımı qaytarmadılar! Mənim yalvarıışlarıma və göz yaşlarıma əhəmiyyət də vermədilər!"
Şikayətçi bildirir ki, 25-ci polis bölməsinə etdiyi şikayət nəticəsiz qalıb. Üstəlik sahə muvəkkili Mamed onun özünə hədə-qorxu gəlib.

F.Məmmədova yazır ki, bundan sonra Neft Şirkətinə gedib. Lakin şirkətin rəsmisi bu məsələyə aidiyyatlarının olmadığını deyib. Polis də onun şikayətini araşdırmayıb. Əksinə, Yaşar adlı mayor ona zəng edərək şikayətini geri götürməsini tələb edib. "Mən telefonla etibaramə uzrə numayəndəmə bu haqda bildirdim. Dedim, BPİ-nin Yaşar adlı mayoru məni Neftcilər metrosunun yanındakı bağa dəvət edir ki, şikayət ərizəmdən imtina edim!
Mənim numayəndəm dərhal cağırışıma səs verərək Yaşar adlı mayoru Nizami polis idarəsinin qarşısına dəvət etmiş və onun polisə yaraşmayan qanunazidd tələblərinə və şəhid anasına qarşı zorakı munasibətə etirazını bildirmişdir!"
Şəhid anası bildirir ki, polis onun şikayətini araşdırmaq və günahkarları cəzalandırmaq əvəzinə onu dilə tutmağa çalışırlar ki, 40-il istifadə etdiyi torpağından imtina etsin. "Mən bu zorakılığa baş əymək istəmirəm! Mən şəhid anasıyam! Mən azərbaycan vətəndaşıyam! Məni təhqir edirlər! Mənim haqqımı tapdalayırlar! Əl-ələ verib mənim əmlakımı oğurlayıblar!", deyə ŞƏHİD ANASI üsyan edir.

Bu ilin 9 aprelində gecə ikən qalan əmlakım oğurlandı ! 25-ci PB-nə şikayətim nəticəsiz qaldı! Xahiş edirəm bu işi guclu nəzarətə göturəsiniz və mən öz haqqıma catım!"
P.S.Yazıda adları çəkilən şəxslərin və qurumlarım təmsilçilərinin də mövqeyini işıqlandırmağa hazırıq.










Şərhlər