Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakının Nobel qardaşları prospektinə paralel inşa olunmuş dənizkənarı yeni yolun açılışında iştirak ediblər. Bu barədə "AzərTAc” xəbər verir.
Podratçı “Azvirt” MMC-nin sədri Kamil Əliyev bildirib ki, 8 zolaqlı yol ən müasir tələblər səviyyəsində və yüksək keyfiyyətlə inşa edilib. Yolun hərəkət zolaqlarının eni 3,75 metrdir. Yeni yol Ağ Şəhər bulvarının yaxınlığında yerləşir. Burada istirahət edən insanların təhlükəsizliyi üçün yolun tikintisi zamanı hər birinin eni 8 metr olmaqla 3 piyada keçidi də inşa olunub.


Şərhlər