Ermənistan iqtisadiyyatı bu ili 1.5%-lik geriləmə ilə başa vuracaq. Musavat.com “Azadlıq” radiosuna (erməni) istinadən xəbər verir ki, bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının yaydığı proqnozda deyilir.
Bankın bildirdiyinə görə, Ermənistan üstəlik, Güney Qafqazın iqtisadiyyatında geriləmə gedən yeganə ölkəsidir. Belə ki, qurumun proqnozuna görə, qonşu Azərbaycanda 1, Gürcüstanda isə 1.5%-lik iqtisadi artım gözlənilir.
Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan bu rəqəmlərin real saydığını söyləyib.
Az öncə Beynəlxalq Valyuta Fondu (BVF) da Ermənistan iqtisadiyyatında geriləmə olacağı haqda proqnoz vermiş, bu xüsusda onun Güney Qafqazda yeganə ölkə olduğunu qeyd eləmişdi. BVF-yə görə, ilin sonuna geriləmə 1% təşkil edəcək.


Şərhlər