Menu

Rusiya Krımda hərbi gücünü artırır - NATO narahatdır

15.05.2015, 23:52
Rusiya Krımda hərbi gücünü artırır - NATO narahatdır

Rusiya KİV-nin yaydığı məlumata görə, bu ölkənin NATO-dakı daimi nümayəndəsi Aleksandr Qruşko deyib ki, ölkəsi Krımdakı hərbi qruplaşmasını möhkəmlətmək fikrindədir (Rosbalt).

Brüssel-Moskva telekörpüsünün gedişi zamanı Qruşko deyib: «Təbii ki, Krımdakı qruplaşmamızı gücləndirəcəyik. Bu mülahizədən çıxış edəcəyik ki, NATO ölkələri də son vaxtlar bizim sərhədlərimiz boyunca fəallığı artırırlar...».

Bu zaman görüləcək gücləndirmə tədbirlərinin miqyasının xeyli geniş olduğu bildirilir. Qruşkonun fikrincə, Rusiyanın Krımda hər-hansı silah sistemlərinin yerləşdirilməsi məsələsinə heç bir qadağa yoxdur: «Krımda nə ediriksə, hamısı Rusiya Federasiyasının beynəlxalq müqavilələrlə üzərinə götürdüyü öhdəliklərə cavab verir. Biz heç bir öhdəliyi pozmuruq. Burada Rusiyanın hər-hansı silah sistemlərini yerləşdirməsinə heç bir qadağa yoxdur» (RİA Novosti).

Qruşkonun fikrincə, indi ABŞ-ın Avropada öz taktiki nüvə silahlarını saxlamasına heç bir səbəb yoxdur. Bu silahlar Köhnə Dünyada hələ soyuq müharibə dövründən Varşava müqaviləsi ölkələrinin hərbi güclərinin «qorxusu» altında yerləşdirilib. Qruşko bu məsələyə toxunaraq deyib: «Məhz ona görə də bu silahları yerləşdirmək lazım gəlmişdi ki, Varşava müqaviləsi ölkələri baş sındırsınlar - hansı şəraitdə nüvə silahları işə salına bilər...».

Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq bəyan etmişdi ki, Krımda Rusiyanın hərbi imkanlarının güclənməsindən narpahatlıq keçirir. Çərşənbə günü Antalyada keçirdiyi mətbuat konfransında Stoltenberq bu barədə deyib: «Biz, Rusiyanın Krımda öz hərbi imkanlarını gücləndirməkdə davam etməsini pisləyirik. Biz, gələcəkdə Krım ərazisində nüvə silahı və onların daşıyıcılarının yerləşdirilməsinin mümkünlüyü barədəki bəyanatlardan dolayı, hədsiz dərəcədə narahatlıq keçiririk...».

NATO Baş katibi həm də qeyd edib ki, alyansın Rusiya ilə praktiki əməkdaşlığı bərpa etmək planları yoxdur. Bu əməkdaşlığın dayandırılması barədə qərar 2014-cü ilin payızında, Rusiyanın «qeyri-qanuni hərəkətləri»nə cavab olaraq qəbul edilib. Bununla bərabər, alyans rəhbərliyi siyasi dialoqun davam etdirilməsi imkanlarını saxlayıb.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol