Menu

Liviya türk gəmisinə hücuma haqq qazandırmağa çalışır

16.05.2015, 09:47
Liviya türk gəmisinə hücuma haqq qazandırmağa çalışır

"Liviya türk gəmisinə təşkil edilən hücumla bağlı özünü haqlı çıxarmağa çalışır." SalamNews-un “Anadolu” agentliyinə istinadla verdiyi xəbərə görə, bunu Türkiyənin Xarici İşlər nazirliyinin sözcüsü Tanju Bilgiç deyib.

Bilgiç Liviyanın mövqeyini qəbuledilməz adlandırıb:

“Tobrukdan verilən açıqlamalarda hücuma haqq qazandırmağa çalışdıqlarını görürük. Bunu qəbul etmirik.

Terrorla mübarizə bəhanəsiylə mülki gəmilərə qurudan və havadan hücum edilməsi qəbul edilə bilməz. Liviyada hüququ inkar etməklə deyil, beynəlxalq birlik hökumətini qurmaqla terrorla mübarizə etmək olar”.

Qeyd edək ki, kütləvi informasiya vasitələrində Liviya sahillərində vurulan Türkiyə gəmisinin İŞİD terror qruplaşmasının nəzarətində olan Darna limanına doğru hərəkət etdiyi barədə məlumatlar yayılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol