Apreldə Azərbaycana ümumilikdə 974,6 mln dollarlıq mal idxal edilib. Bu, mal ixracı həcmindən çoxdur (886,6 mln dollar). Bu il ikinci dəfədir ki, idxal ixracı üstələyir (fevralda - 76 mln dollar). Ekspertlər ölkənin valyuta ehtiyatlarının azalması fonunda bu tendensiyanı mənfi qiymətləndirir.
Gömrük Komitəsinin məlumatına görə, bu ilin 4 ayında xarici ticarət əməliyyatlarının həcmi $7 mlrd 673,4 mln olub. Bu, 2014-cü ilin eyni dövründəkindən 22,4% azdır.
İlin əvvəlindən idxal həcmi $3,4 mlrd olub. Bu, 2014-cü ilin eyni dövründəkindən 24,4% çoxdur. İdxalın 21,6%-i ($735,5 mln) dövlət sektorunun payına düşür.
Bu il mal ixracı $4 mlrd 270,3 mln təşkil edib. Bu, 2014-cü ilin eyni dövründəkindən 40,3% azdır. Bunun yalnız 11,4%-i ($485,2 mln) qeyri-dövlət sektorunun payına düşür. /"Turan"


Şərhlər