Menu

Bakıda bahalı villa külə döndü

16.05.2015, 15:53
Bakıda bahalı villa külə döndü

Nərimanov rayonunda yanğın hadisəsi baş verib. Nərimanov rayonunda vətəndaşa məxsus, ümumi sahəsi 792 kv.m olan ikimərtəbəli, mansarda tipli 7-otaqlı evdə yanğın olub.

Yanğın qısa zamanda evin iki mərtəbəsini bürüyüb. Evin 1-ci mərtəbəsində ev əşyaları 5 kv.m sahədə, 2-ci mərtəbədə ev əşyaları 18 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 01:31-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Yanğının səbəbləri məlum deyil.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol