Menu

35 ölkə təmsilçisi Bakıya gəlir

16.05.2015, 17:08
35 ölkə təmsilçisi Bakıya gəlir

Onlar Avropa Oyunlarında stolüstü tennis yarışlarına qatılacaq

I Avropa Oyunlarının stolüstü tennis yarışlarında təmsil olunacaq ölkələrin adları açıqlanıb.

ANS PRESS-in məlumatına görə, I Avropa Oyunlarının stolüstü tennis yarışlarında təmsil olunacaq ölkələrin adları açıqlanıb. Yarışlar iyunun 13-dən 19-dək Bakı İdman Sarayında keçiriləcək.

Birincilik uğrunda 35 ölkənin, o cümlədən Azərbaycan, Avstriya, Belarus, Belçika, Bosniya və Herseqovina, Bolqarıstan, Rumıniya, Almaniya, Böyük Britaniya, Rusiya, Yunanıstan, San-Marino, Macarıstan, Serbiya, İsrail, Slovakiya, İtaliya, Sloveniya, Xorvatiya, Latviya, İspaniya, Kipr, Litva, İsveç, Çexiya, Lüksemburq, İsveçrə, Danimarka, Niderland, Türkiyə, Finlandiya, Polşa, Ukrayna, Fransa və Portuqaliya nümayəndələri mübarizə aparacaqlar.

Ümumiyyətlə, kişilər və qadınlar arasında komanda yarışlarında 32 komanda ( 16+16 ) iştirak edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol