Menu

İraqın baş naziri Moskvaya gəlir

17.05.2015, 22:02
İraqın baş naziri Moskvaya gəlir

Rusiya KİV-nin yaydığı məlumata görə, İraqın baş naziri Heydar əl-Əbadi mayın 20-də Moskvaya səfər edəcək. Bu barədə ərab saytı «Sputnik Arabic»-ə İraqın siyasi dairələrindəki mənbə məlumat verib (RİA Novosti).

Bundan əvvəl İraqın nazirlər sovetinin nümayəndəsi Səəd əl-Hadisi «Sputnik»-ə xəbər vermişdi ki, ölkəsinin baş naziri Heydər əl-Əbadi mayın ikinci yarısında Rusiyaya səfər edəcək: «Baş nazir növbəti həftənin sonu, daha dəqiq desək, yaxın çərşəmbə günü Moskvaya gedəcək...»

Səəd əl-Hadisinin sözlərinə görə, səfər zamanı 3 başlıca mövzu müzakirə olunucaq: beynədxalq siyasi səhnədə başlıca problemlər ətrafında iki ölkə arasında əməkdaşlıq, hərbi-texniki əməkdaşlıq və İraqın rusiyalı investorlara olan tələbatı.

Əl-Haisinin bildirdiyinə görə, görüşdə İraqın hərbi və informasiya baxımından dəstəklənməsi məsələlərinin, «İslam dövləti» ilə müharibə aparan İraq təhlükəsizlik qüvvələrinə silah göndərilməsi və terrorçuluq və ekstremizm kimi təhlükələrə qarşı durmaq məsələlərinin müzakirəsi planlaşdırılır. O, əlavə edib ki, İraq Rusiyanın investor şirkətlərinə, xüsusilə də neft sənayesi, energetika, nəqliyyat və tikinti sektorlarında investisiyalara ehtiyac hiss edir.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol