Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya 5 günlük humanitar atəşkəsdən sonra Yəməndə, husi yaraqlılarına hava zərbələrini bərpa edib.
Yəmən təhlükəsizlik rəsmiləri mayın 18-də bildirib ki, zərbələr yaraqlıların Ədən liman şəhərindəki mövqelərini və tanklarını hədəfə alıb.
Mayın 17-də Yəmən liderləri Səudiyyə rəsmiləri ilə danışıqlar aparıb, şiə husilər danışıqlara qatılmayıb. Husilər 3 günlük danışıqların əsas məqsədini və Səudiyyədə keçirilməsini rədd edir. Məqsəd ölkənin devrilmiş prezidenti Abed Rabbo Mansour Hadi-ni postuna qaytarmaqdır.
BMT-nin Yəməndəki səfiri Ismail Ould Cheikh Ahmed mayın 17-də bütün tərəfləri kövrək atəşkəsə əməl etməyə çağırıb.
Səudiyyə Ərəbistanı martın sonundan husilərə hava zərbələrinə rəhbərlik edir.


Şərhlər