Menu

Partiya qərargahında partlayış: yaralananlar var

18.05.2015, 14:31
Partiya qərargahında partlayış: yaralananlar var

Bazar ertəsi səhəri Türkiyənin Xalq Demokratik Partiyasının (XDP) Mersin və Adana şəhərlərindəki qərargahları yaxınlığında iki partlayış olub.

Ən azı altı nəfər yaralanıb, Reuters xəbər agentliyi bildirir.

XDP kürdlərin müstəqillik uğrunda hərəkatına rəğbəti ilə tanınır. Partiya, kürd lideri Abdulla Öcalanın təşəbbüsü ilə yaradılıb. Cənab Öcalan Türkiyədə ömürlük həbs cəzası alıb.

İyunun 7-də Türkiyədə parlament seçkiləri keçiriləcək.

İctimai rəy sorğusunun nəticəsinə görə, 7 iyunda XDP seçicilərin 11 faizə qədərinin səsini qazana bilər. /BBC

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol