Menu

Həbsxanada olan sabiq nazir xəstəxanaya yerləşdirildi

18.05.2015, 14:53
Həbsxanada olan sabiq nazir xəstəxanaya yerləşdirildi

17 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan sabiq xarici iqtisadi əlaqələr naziri Nicat Quliyev xəstəxanaya yerləşdirilib. Modern.az-ın əldə etdiyi məlumata görə, səhhətində yaranan problemə görə o, Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə köçürülüb.

Nicat Quliyevi 2013-cü il avqustun 7-də Milli Təhlükəsizlik Nazirliyi həbs edib. Abşeron Rayon Məhkəməsinin hökmü ilə sabiq nazir 3 il müddətinə azadlıqdan məhrum olunub.

O, qanunsuz odlu silah saxlamada təqsirli bilinib.

Sumqayıt Apelyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol