Menu

Türkiyədən Krımla bağlı sərt bəyanat

19.05.2015, 08:43
Türkiyədən Krımla bağlı sərt bəyanat

“Krımın qeyri-qanuni ilhaqını tanımırıq və tanımayacağıq”. APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu Krım Tatarlarının sürgününün 71-ci il dönümü çərçivəsində Kiyevdə təşkil edilən anım mərasimində bəyan edib.

Krım Tatarlarının 1989-ci ildən etibarən ana vətənlərinə dönməyə başladığını qeyd edən D.Çavuşoğlu, onların bu müddətdə göstərdikləri cəsarət və qətiyyətini bütün dünya xalqlarına nümunə olduğunu bildirib.

Ukraynanın ərazi bütövlüyünün pozulduğunu, Krımın qeyri-qanuni şəkildə ilhaq edildiyini vurğulayan Çavuşoğlu deyib: "Krım Tatarları yeni çətinliklərlə qarşı-qarşıya qalıb. Krım Tatarlarının məqsədi insan qüruruna yaraşan bir şəkildə yaşamaq və millət kimi var olmaqdır. Kırımın qeyri-qanuni ilhaqını tanımırıq və tanımayacağıq. Krım tatarı soydaşlarımıza dəstəyimizi davam etdirəcəyik. Ukrayna ilə birlikdə haqlı mübarizədə yanlarında olmağa davam edəcəyik”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol