Qax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
"AzPolitika" Oxu.az-a istinadla xəbər verir ki, hadisə ötən gecə saat 23 radələrində Qax-Qorağan yolunda qeydə alınıb.
Qax rayon sakini, 1986-cı il təvəllüdlü Paşa Yəhyayev BMW markalı avtomobilə idarəetməni itirib və maşın aşıb. Hadisə nəticəsində P.Yahyayev xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.


Şərhlər