Yanğın nəticəsində Azadlıq prospekti istiqamətində hərəkət məhdudlaşdırılıb
Azadlıq prospektində yerləşən binada baş vermiş yanğın nəticəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən ANS PRESS-ə verilən məlumata görə, sürücülərə alternativ olaraq Şövkət Məmmədova küçəsindən istifadə etmələri tövsiyə olunur.
Qeyd edək ki, hazırda Bakıda hündürmərtəbəli binada yanğın başlayıb.
Binəqədi rayonu ərazisində baş verən hadisə nəticəsində binanın fasadı alışıb.
Fövqəladə Hallar Naziriliyinin "qaynar xətti"ndən verilən məlumata görə, hadisə yerinə yanğınsöndürənlər göndərilib.
Hazırda binanın söndürülməsiu istiqamətində iş görülür.


Şərhlər